CHP-dən olan millət vəkili İŞİD-ə görə, Ərdoğanı ittiham etdi

Türkiyə Böyük Millət Məclisinin toplantısında CHP İstanbul millət vəkili Əli Özgündüz İŞİD və əl-Nusra terror təşkilatlarının türk gənclərini Suriyadakı müharibəyə sürümələrinə dair müzakirələrdə söz alaraq çıxış edib.

Maide.az-ın məlumatına görə, İstanbuldakı "Məhəmmədiyə" məscidinə edilən hücuma toxunan Özgündüz özü ilə gətirdiyi və böyük bir hissəsi yanan Qurani-Kərimi öpüb alınına qoyub.

Özgündüz üzün AK Partiyadan olan millət vəkillərinə tutaraq, "İstanbul Esenyurtda bir ay əvvəl məscidimizdə təxribat törətdilər. Biz təxribat olmasın deyə, bunu gündəmə çıxarmadıq, amma keçən həftə yenə Esenyurtdakı "Məhəmmədiyə" məscidinə, adında Məhəmməd olan məscidə girdilər, məscidi yandırdılar. Məscidin içində bu mübarək Qurani-Kərimi yandırdılar. Görün, baxın, bu Qurani Kərimi yandırdılar. Siz nə üçün mübarizə aparırsınız? Ramazan günündə Qurani-Kərimi yandıran ideologiyanı və onu dəstəkləyəbləri Allah məhv etsin, Allah bunu cəzasız qoymasın. Gəlin, görün bu halı. Bu ideologiyanı dəstəkləyirsiniz. Allahdan qorxun", - deyə bildirib.

Google+ WhatsApp ok.ru