Cibuti: Çin xaricdə ilk hərbi bazasını yaradır

Cibuti: Çin xaricdə ilk hərbi bazasını yaradır

Çin dövlət mediasının xəbər verdiyinə görə, Pekin Cibutidə ilk xarici hərbi bazasını yaratmaq üçün bu ölkəyə gəmilərlə qoşun göndərib.
 
Çin bildirib ki, köməkçi əhəmiyyətli bu baza Afrika və Qərbi Asiyada sülhməramlı əməliyyatlar keçirilməsi və humanitar yardım göstərilməsi üçün yaradılır.
 
Bazadan eyni zamanda hərbi əməkdaşlıq, dəniz təlimləri və xilasetmə missiyaları üçün də istifadə olunacaq, Xinhua agentliyi bildirib.
 
Çin, son illərdə Afrikaya investisiyalarını sürətlə artırmaqla yanaşı hərbi qüdrətini də gücləndirib .
 
Xəbərdə Cibuti istiqamətində yola düşən qoşunların sayı və bazanın nə vaxt istismara veriləcəyi dəqiqləşdirilmir.
 
Xəbərdə qeyd olunub ki, Cibuti də hərbi bazanın yaradılması planı "dostluq şəraitində keçmiş danışıqlardan" sonra reallaşıb.
 
Baza əsasən, Çin tərəfindən regionda hərbi varlığını təmin etmək vasitəsi kimi qəbul edilir.
 
Çin layihələrinin əksəriyyəti Afrikada dəmiryol xətlərinin yaradılmasını nəzərdə tutur.
 
Dövlət mediasına aid edilən Global Times nəşrinin çərşənbə günü bildirdiyinə görə, Çinin "hərbi qüdrətinin inkişafının əsas məqsədi dünyaya nəzarət etmək yox, ölkənin təhlükəsizliyini təmin etməkdir".
 
Qəzet xatırladıb kı, ABŞ, Yaponiya və Fransanın da Cibutidə hərbi bazaları var.
 
2015-ci ildə keçirilmiş Afrika ölkələrinin zirvə görüşündə Çin qitənin inkişafına 60 milyard dollar həcmində vəsait yonəltmək öhdəliyini üzərinə götürmüşdü.
 
Çin layihələrinin əksəriyyəti Afrikada dəmiryol xətlərinin yaradılmasını nəzərdə tutur.
 
Bunun qarşılığında, Afrika Çini mineral və enerji ehtiyatları ilə təmin edir.
 
Çin Afrikada ilk sülhməramlı missiyasını 2015-ci ildə Cənubi Sudanda həyata keçirməyə başlayıb.(bbc)
 

Google+ WhatsApp ok.ru