Ciddə şəhərində 40 min Ramazan fənəri yandırılıb

Ciddə şəhərində 40 min Ramazan fənəri yandırılıb

Ərəbistanın Ciddə şəhərində müqəddəs Ramazan ayında 40 000  fənər yandırılıb.
 
Maide.Az xəbər verir ki, yandırılan bu fənərlər Ciddə şəhərinin küçə və restoranlarını bəzəyib.
 
İri həcmli lampalara əsasən ticarət mərkəzləri, restoranlar və otellər üstünlük verirlər, amma bu lampalar kiçik yaşayış evlərində bəzək üçün istifadə edilir.
 
Məlum olduğu kimi, ilk fənər Misirdə yaranıb. Texnalogiyanın inkişaf etməsinə baxmayaraq, bu fənərlər hələdə Ərəb ölkələrində istifadə olunur.
 
"Nə zaman müqəddəs ay gəlir, mağazalr, kafelər, otellər fənərləri işıqlandırırlar. Mən də öz kafemi bu fənərlə Ramazan ayında bəzəyirəm, axı bu bizim irsi ənənəmizdir.",-deyə Həsən adlı sahibkar bildirib.
 
Əvvəllər işıqlar yalnız mis və bürüncdən hazırlanırdısa, indi texnalogiyanın hesabına onlar konserv bankalardan düzəldilir.
 
Həmçinin, bu işıqlar artıq neftlə yox, batareyalarla işləyir. /
 

Google+ WhatsApp ok.ru