Con Kerridən İranda aparılacaq təftişlərlə bağlı açıqlama

ABŞ dövlət katibi Con Kerri deyib ki, İran və 5+1 qrupu arasında baş tutan müzakirələrdə "hər zaman və hər yerdə təftişlərin aparılması" məsələsi heç vaxt mübahisə mövzusu olmayıb.
Maide.az İLNA xəbər agentliyinə istinadən məlumat verir ki, Con Kerri BBC kanalı ilə müsahibədə deyib ki,  İran və 5+1 qrupu arasındakı müzakirələrin iştirakçıları heç vaxt İranın nüvə təsisatları barədə "hər zaman və hər yerdə təftişlərin aparılması" məsələsi barədə ətraflı formada danışıqlar aparmayıblar. 
C.Kerri əlavə edib ki, dünyada elə bir ölkə yoxdur ki, "hər zaman və hər yerdə təftişlərin aparılması"na icazə vermiş olsun. 
ABŞ dövlət katibi "hər zaman və hər yerdə təftişlərin aparılması"nın siyasi bir termin olduğunu və silahlara tam nəzarəti nəzərdə tutmadığını bildirib. 
Kerri daha sonra deyib ki, bütün təsisatlarda təftişlərin aparılması kimi bir qərar yoxdur. Sadəcə bəzi təsisatlar və bir sıra məsul şəxslər barədə suallar var ki, onlara aydınlıq gətirilməlidir və bu xüsusda hesabatın təqdim edilməsindən öncə heç bir sanksiya tam olaraq ləğv edilməyəcək./

Google+ WhatsApp ok.ru