Corc Kluni: ‘İrqçilik ABŞ-ın pandemiyasıdır’ 04 İyun 2020 12:35 Dünya Hollivudun məşhur aktyoru Corc Kluni “Daily Beast” xəbər saytı üçün yazdığı məqaləsində ABŞ-dakı siyasi rəhbərliyi, ədliyyə və hüquq-mühafizə orqanlarını sistematik bir dəyişikliyə getməyə çağırıb. Maide,Az "deyerler.org"-a istinadən xəbər verir ki, ABŞ-da tüğyan edən irqçilik pandemiyası ilə mübarizə üçün təcili tədbirlərin görülməsini tələb edən Kluni, belə deyib: “Corc Floydun öldürüldüyünə şübhə yoxdur. Dörd polis zabitinin əlində son nəfəsini verməsinin şahidi olduq”. Kluni daha sonra bunları qeyd edib: “Bu etirazın nə vaxt dayandırılacağını bilmirik. Ümid edirik ki, başqa heç kim öldürülməyəcək, bunun üçün dua edirik. Ancaq eyni zamanda demək olar ki, heç bir şeyin dəyişməyəcəyini də bilirik. Bir daha küçələrimizdə ortaya çıxan qəzəb və məyusluq, köləlikdən bəri bir ölkə olaraq nə qədər yetkin olduğumuzu xatırladır. Bu pandemiyamızdır. Hamımızı yoluxdurur və 400 ildir hələ peyvənd tapmamışıq”. Noyabrda keçiriləcək prezident seçkilərində Donald Trampı iqtidardan uzaqlaşdırmağa dəvət edən 59 yaşlı aktyor, belə yazıb: “Bütün vətəndaşlarına bərabər şəkildə fundamental ədaləti əks etdirən siyasət qurucuları və siyasətçilərə ehtiyacımız var”. O, ABŞ-a daimi dəyişiklik gətirməyin yeganə yolu seçim olduğunu deyib. Teqlər : #Corc,#Kluni:,#‘İrqçilik,#ABŞın,#pandemiyasıdır’, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yunanıstanda ABŞ səfirliyinə hücum edilib - VİDEO OPEC+ iclası sabah keçiriləcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO