İcra başçısı öz `CİP`ində qəzaya uğradı - Foto 12 İyul 2014 01:00 Hadisə Bakı-Qazax avtomagistralında qəza baş verib. Dövlət yol polisindən verilən məlumata görə, “Toyota Land Cruiser” markalı avtomobil qəflətən idarəetməni itirərək dəmir dirəklərə dəyib. Nəticədə asfalt-beton örtüyünə, eləcə də dəmir qoruyuculara ziyan dəyib. Məlumata əsasən xəsarət alan olmasa da avtomobil yararsız hala düşüb. Hadisə şahidlərinin verdiyi məlumata görə, avtomobil Kürdəmir rayon İcra Hakimiyyətinə məxsusdur, avtomobili icra başçısı Ceyhun Cəfərov özü idarə edirmiş. Teqlər : #İcra başçısı öz `CİP`ində qəzaya uğradı Foto, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ukraynada terrorçular azərbaycanlını əziyyətlə öldürdülər Azərbaycanda Türkiyəyə doğru 3 ton heroin yükü