İcra hakimiyyəti: '150-yə yaxın evə ziyan dəyib'

İcra hakimiyyəti: '150-yə yaxın evə ziyan dəyib'

Avqustun 28-də Lerik rayonu ərazisində baş verən zəlzələ ilə bağlı ziyan görən evlərin sayında artım olduğu bildirilir. 

Maide.Az bildirir ki, Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini, Fövqəladə Hallar Komissiyasın sədri Habil Məlikov son hesablamalara əsasən deyib ki, zəlzələ zamanı rayonda 150-yə qədər evə ziyan dəyib. 

Onun sözlərinə görə, bunlardan 37 evə daha çox ziyan dəyib, həmin evlərdə iri çatlar əmələ gəlib. 

H.Məlikov habelə bildirib ki, zərər görmüş evlər 75 kəndi və 29 ərazi nümayənədiyini əhatə edir. İcra başçısının müavini bir neçə gün əvvəl zəlzələdən 124 evin ziyan gördüyünü öyrəndiklərini açıqlamışdı. 

H.Məlikov deyib ki, Fövqəladə Hallar Nazirlyi və rayon icra hakimiyyəti təmsilçilərindən ibarət komissiya öz işinə başlayıb, seçmə üsulu ilə 20-yə qədər evə baxış keçirilib: 

“Amma dəyən ziyanın dəqiq hesablanması hələ başa çatmayıb. Yəqin ki, yaxın günlərdə bununla bağlı mətbuata açıqlama veriləcək”.  Avqustun 28-i saat 17 radələrində Lerik rayonu ərazisində 5.1 gücündə zəlzələ baş verib. Zəlzələ ətraf rayonlarda 3-4 bal gücündə hiss edilib.

Google+ WhatsApp ok.ru