Cəlilabadda yük maşını ilə mikroavtobus toqquşub 02 İyun 2018 01:00 Hadisə -- ölən və yaralananlar var Cəlilabad rayonunda baş vermiş ağır yol qəzasında ölən şəxsin də adı məlum olub. APA-nın cənub bürosunun məlumatına görə, bu mikroavtobusun sürücüsü, Masallı rayonunun Kolatan kənd sakini, 1969-cu il təvəllüdlü İmran Dadaşbala oğlu Dadaşovdur. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. Mikroavtobusun Rusiyanın Sankt-Peterburq şəhərindən Masallı rayonuna hərəkət etdiyi bildirilir. İlkin ehtimala əsasən, qəzanın baş verməsinə səbəb sürücünü sükan arxasında yuxu tutması olub. Faktla bağlı araşdırma aparılır. Teqlər : #Cəlilabadda yük maşını ilə mikroavtobus toqquşub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sumqayıtda torpaq uçqunu olub, 1 nəfər ölüb Bakıda attraksiyon aşdı, uşaqlar altında qaldı – Video