İŞİD-ə qarşı əməliyyat: 2 terroçu və 17 şübhəli saxlanılıb

İraqda İŞİD-in Kərkükə hücum edəcəyi barədə məlumatdan sonra polis şəhərin ətrafındakı kəndlərdə keçirdiyi əməliyyatda mülki paltarlarla məlumat toplamaq üçün gələn 2 İŞİD terrorçusu və 17 şübhəlini nəzarətə alıb.
 
Maide.az-ın məlumatına görə, Mosulu ələ keçərdikdən sonra İraqda hücumlarını davam etdirən İŞİDin son olaraq Kərkükə hücum edəcəyi və bu məqsədlə bəzi terrorçuların məlumat toplamaq üçün mülki vətəndaş kimi şəhərə göndərildiyi barədə informasiya daxil olub. 500 polisin qatıldığı geniş diametrli əməliyyat təşkil edilib. Əməliyyatda partlayıcı ilə əlaqədar xüsusi təlim görmüş itlərdən də istifadə edilib. İŞİDin əlində olan Havicə mahalı ilə Kərkükün sərhədini təşkil edən bölgədəki əməliyyatda İŞİD nəzarətindəki bölgədən gələnlərin təhlükəsizlik tədbirlərinin aparıldığı nöqtədə çoxlu sayda adamın çantası axtarılıb. Axtarışın aparıldığı bölgədən 200 metr aralıda isə İŞİD-in idarə nöqtəsinin üstündə olan qara bayraq diqqət çəkib.
 
Səhər saat 08.00 radələrində başlayan əməliyyatın ikinci mərhələsində isə İŞİD mənsublarının mülki paltar geyərək sızmaq istədiyi Kərkükün Havicə mahalına bağlı kəndlərə basqın təşkil edilib. Kənddəki evləri tək-tək axtaran polis ailəsi olmadan başqa yerlərdən gələrək kəndə yerləşmiş xariciləri taparaq sorğu-sual edib. Aparılan əməliyyatda İŞİDin döyüşçü olduğu ortaya çıxan 2 nəfər həbs edilib. Polis qrupları İŞİDin bölgədəki hərbi güc haqqında məlumat yığmaq üçün tez-tez bölgəyə agent göndərdiyini, ancaq bunların xalqın köməyi ilə tutulduğunu söyləyib.

Google+ WhatsApp ok.ru