İŞİD-ə qarşı döyüşdə şəhid olanların cənazə namazı Kərbəlada qılındı

İraqı və İraqın müqəddəs dəyərlərini müdafiə etməyə çağıran cihad fətvası ilə İŞİDə qarşı döyüşdə şəhid olan şiələrin cənazəsi İmam Hüseyn (ə) hərəmində qılınan cənazə namazından sonra Kərbəlada torpağa tapşırılıb.
 
Maide.az xəbər verir ki, İmam Hüseyn (ə) hərəminin rəhbəri Şeyx Abdulmehdi Kərbəlai tərəfindən qılınan cənazə namazından sonra şəhidlər Həzrət Əbulfazl Abbasın (ə) türbəsinə aparılaraq dualarla qəbirisitanlığa yola salınıblar.
 
Qeyd edək ki, Ayətullah Sistaninin müqəddəsatı qorumaq üçün cihad fətvası verdikdən sonra İŞİDin İraqda irəliləməsi dayandırılaraq Bağdada girməsinə maneə törədilmişdi.

Google+ WhatsApp ok.ru