İŞİD-ə qarşı sarsıdıcı zərbə: 120 terrorçu öldürülüb

İraq ordusu terrorçuların əlindən daha bir qəsəbəni geri alıb
 
İraqın təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşmasına ağır zərbələr endirib.
 
ANS PRESS-in məlumatına görə, İraq ordusunun keçirdiyi əməliyyatlar nəticəsində 120 terrorçu məhv edilib və bir qəsəbə geri alınıb. 
 
İraq Müdafiə Nazirliyindən verillən açıqlamada bildirilir ki, Səlahəddin vilayətinin El-Mutasım qəsəbəsinin azad olunması üçün keçirilən əməliyyata aviasiya da cəlb olunub. Uğurlu əməliyyat zamanı 60 İŞİD yaraqlısı öldürülüb. 
 
Samarra bölgəsində isə İraq polisi ilə İŞİD terrorçuları arasında gedən döyüşlərdə 60 yaraqlınn da məhv edildiyi açıqlamada bildirilib. 
 
Qeyd edək ki, İŞİD terror qruplaşması İraqın bir neçə bölgəsini ələ keçirib.  /

Google+ WhatsApp ok.ru