Rəsul Cəfərova əlavə ittihamlar irəli sürülüb

Hüquq müdafiəçisi Rəsul Cəfərova əlavə ittihamlar irəli sürülüb. Dekabrın 12-də vəkil Fariz Namazlı “Media forum” saytına deyib ki, hüquq müdafiəçisi yenidən dindirilib: “Onun işinə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə) və 313 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri də əlavə olunub.
 
İnsan Hüquqları Klubunun rəhbəri olan Rəsul Cəfərov avqustun 2-də həbs edilib. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. Ona qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülmüşdü.

Google+ WhatsApp ok.ru