İŞİD-ə minədək tacik qoşulub

Tacikistan rəsmiləri bildirir ki, Suriya və İraqda İslam Dövləti (İŞİD, İD) silahlı qruplaşmasına minədək tacik qoşulub. Bu, daha öncəki rəsmi rəqəmdən iki dəfə çoxdur.
 
Daxili işlər naziri Ramazon Rahimzoda yanvarın 25-də jurnalistlərə deyib ki, 61 Tacikistan vətəndaşı Suriya və İraqdan qayıdıb, 148 nəfər orada öldürülüb.
 
Prezident Emomali Rahmon daha öncə deyib ki, İD-ə qoşulan taciklər sırasında 21 universitet tələbəsi var. Prezidentin sözlərincə, ölkədə və kənarda ekstremist qruplaşmalara üzvlərin cəlbində məscidlər və digər dini müəssisələr rol oynayır. /

Google+ WhatsApp ok.ru