İŞİD-in azərbaycanlı komandiri öldürüldü 23 Oktyabr 2014 01:00 Dünya Koalisiya qüvvələrinin Kobanidə həyata keçirdiyi bombardıman zamanı İŞİD-in Qafqaz üzrə komandiri əslən azərbaycanlı Rövşən Bədəlov 25 adamı ilə birlikdə öldürülüb. Maide.az-ın xəbər verir ki, Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 50 yaşlı Xalid Azəri ləqəbli Rövşən Bədəlov Azərbaycanın Tərtər rayonundandır. Dindar həyatından əvvəl siyasətlə də məşğul olduğu bildirilən Bədəlovun Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri olduğu qeyd edilir. 2000 – 2001-ci illərdə Rusiya – Çeçenistan müharibəsinin arxa cəbhəsi hesab olunan Pankisi ərazisində “Tabuk” adlı qrup yaradan Bədəlov bu qrupa liderlik edib. Məlumata görə, 2001 – 2002-ci illərdə dəstəsi ilə birlikdə Azərbaycana qayıdaraq Qarabağda döyüşmək istəyən Bədəlov saxlanılaraq 10 il həbsə məhkum olunub. 2013-cü ildə həbsdən çıxan Rövşən Bədəlov 1 aydan sonra Suriyaya gedib. Aralarında azərbaycanlıların da olduğu qafqazlılardan ibarət “Tabuk” qrupunu yaradan Bədəlov daha sonra İŞİD sıralarına keçib. Bildirilir ki, gənc və təcrübəsiz İŞİD yaraqlılarının arasında döyüş təcrübəsinə malik olan Rövşən Bədəlov az vaxt ərzində Qafqaz əmiri vəzifəsinə yüksəlib. Teqlər : #İŞİDin azərbaycanlı komandiri öldürüldü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ali lider: Xalqın parlaq gələcəyi və taleyi naminə elm güclənməli və inkişaf etdirilməlidir Öcalan azadlığa buraxıla bilər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO