İŞİD-in bütün aparıcı şəxsləri Mosuldan qaçıb

İŞİD-in bütün aparıcı şəxsləri Mosuldan qaçıb

Neynəva əyalətinin yerli mənbələrinin verdiyi məlumata görə, İŞİD terror qruplaşmasının aparıcı rəhbərləri, o cümlədən Əbubəkr əl-Bağdadi Mosuldan qaçıb və Suriya sərhəddini keçib.
 
 
Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, İraqda davamlı məğlubiyyətlərdən və mühasirələrdən sonra, terrorçulara Mosuldan qaçmaq əmri verilib. Əbubəkr əl-Bağdadinin özünün isə hazırda Suriya sərhədində əl-Baac rayonunda olduğu bildirilir.
 
Mosul əməliyyatlarının komandiri Nacim əl-Caburi bildirib ki, artıq terrorçuların sıraları kifayət qədər seyrəlib və ilin sonuna qədər Mosul terrorçulardan tamamilə təmizlənəcək.
 

Google+ WhatsApp ok.ru