İŞİD-in döyüşə göndərdiyi 49 uşaq öldü

İŞİD terror təşkilatının tərkibində döyüşən 49 uşaq ölüb.
Maide.az xəbər verir ki, terrorçular “Xəlifənin gənc aslanları” adlı təlim proqramı ilə yetişdirilən uşaqları müxtəlif döyüşlərdə istifadə edirlər.
Məlumata görə, hazırda təlimdə 16 yaşdan aşağı olan 1100-dən çox uşaq var. Bu ay döyüşdə iştirak edən uşaqlardan 31-i müxtəlif partlayış, silahlı atışma və hava hücumları zamanı ölüb. 18 uşaq isə intihar hücumlarında iştirak edərək özlərini öldürüblər.
Uriya İnsan Hüquqları Müşahidə Təşkilatından verilən məlumata görə, son zamanlar Türkiyənin Suriya ilə sərhəddə nəzarəti gücləndirməsindən sonra İŞİD-ə qatılan könüllülərin sayında azalma müşahidə edilib. İŞİD də məhz bu səbəblə uşaqları döyüşə cəlb etməyə başlayıb./

Google+ WhatsApp ok.ru