Sionist rejim Qəzza zolağına hava hücumu edib

Sionist rejimin qırıcıları  bu gün səhər Qəzza zolağının şimal və mərkəzində Həmas hərəkatının iki mövqeyini bombardman edib.
Maide.az  Fransa İnformasiya Agentliyinə istinadən xəbər verir ki,  Fələstinin təhlükəsizlik dairələri və şahidlər sionist rejimin Qəzza zolağına hava hücumunu təsdiqləyiblər.
Hələlik  sionist rejimin yeni cinayəti nəticəsində ölən və yaralananların sayı açıqlanmayıb.
Məlumata görə, Sionist rejimin F-16 qırıcı təyyarələri bu gün Cibalya şəhərciyində Qəzza zolağının hüquq idarəsinə iki raket ataraq çoxlu xəsarətlər vurublar. 
Məlumata görə, dərhal hadisə yerinə təcili yardım və yanğınsöndürmə işçiləri cəlb olunub. 
Qüdsü işğal etmiş rejim başçıları bundan öncə iddia etmişdilər ki, ötən gecə Qəzza zolağından işğal olunmuş ərazilərin cənubuna doğru bir raket atılıb. 
Sionist rejim ötən il yayda Qəzza zolağına qarşı vəhşicəsinə hücum etmişdi və həmin hücumlar nəticəsində 2200 günahsız fələstinli, o cümlədən yüzlərlə uşaq və qadını şəhid olmuş və bölgənin infrastruktur obyektləri və evləri dağıdılmışdır. /
 

Google+ WhatsApp ok.ru