İŞİD-in Mosul əhalisinə qarşı soyqırımı

İŞİD terrorçuları Mosulun cənubunda yerləşən kəndlərin sakinlərindən 300 nəfəri qətlə yetirib.
 
Maide.az xəbər verir ki, İŞİD bu kəndlərin sakinlərini terrorçu qruplaşmanın liderinə itaət etməkdən imtinaya görə qətlə yetirib. 
 
Bu arada isə İraq ordusu əl-Anbar vilayətinin səhralıq ərazisində İŞİD-ə qarşı yeni əməliyyata başlayıb. 
 
İraqın baş naziri Heydər əl-İbadi bu əməliyyatın başlanması ilə bu məntəqədə yerləşən silahlı qüvvələrə baş çəkib. 
İraqın müdafiə naziri Xalid əl-Əbidi də deyib: əl-Anbar vilayətində İŞİD-ə qarşı savaşda ordu ilə birlikdə sadəcə nizamlı xalq qüvvələri iştirak edəcək. 
 
İraqdan daxil olan başqa bir məlumata görə, İraq silahlı qüvvələri Kərkükün cənub-qərbində Həmrin sıra dağlarında geniş hərbi əməliyyat həyata keçirərək, 2 mühüm neft yatağına nəzarəti İŞİD-in əlindən xaric ediblər. Beləliklə İŞİD-in əsas şah damarlarından biri kəsilmiş olub.

Google+ WhatsApp ok.ru