İŞİD-lə mübarizədə İran İraqın yanında olduğunu rəsmən təsdiqlədi

İran prezidenti Həsən Ruhani İŞİD qruplaşması yaraqlılarına qarşı mübarizədə qonşu İraqa İranın uzun müddətli köməyini vəd edib.
 
Ruhani ölkədə səfərdə olan İraqın Baş naziri Hayder Əl-İbadiyə onun hökumətinin Bağdada “ilk gündən dəstək verib, son günə qədər bu yolda qalacağını” deyib.
 
Maide.az-ın məlumatına görə, Ruhani region ölkələrinin terrorizmə qarşı vahid və əlaqələndirilmiş şəkildə mübarizə aparmalı olduğunu deyib. O, İranın İraqa hərbi müşavirlər və silahlarla yardım edəcəyini deyib.
 

Google+ WhatsApp ok.ru