Dərmanı baha satanlar 50 min manat cərimələnə bilər

Azərbaycanın dərman preparatları bazarında süni qiymət artımına görə 50 min manata qədər məbləğdə cərimələrin tətbiqi nəzərdə tutulub.

Bunu açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev deyib.

O, cərimələrlə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliyin edilməsi üçün artıq təkliflər paketinin hazırlandığını deyib: "Dərman vasitələrinin satışı ilə bağlı süni qiymət artımının qarşısını almaq üçün təkliflər paketi hazırlanıb. Hazırda bu təkliflər müzakirə edilir. Qəbul olunarsa, 50 min manata qədər cərimələr olacaq”.  “Report” /

Google+ WhatsApp ok.ru