İntiqam Əliyevin işi Apelyasita Məhkəməsində Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb

“İntiqam Əliyevin işini Apelyasiya Məhkəməsindən Ağır Cinayətlər Məhkəməsinə qaytarıblar. Səbəb kimi orada olan müəyyən texniki səhvləri göstəriblər”.

 

Bunları Deyerler.org-a məlumat verərkən İntiqam Əliyevin vəkili Şəhla Hümbətova deyib. O qeyd edib ki, İntiqam Əliyevin səhhətindəki problemlər davam etməkdədir: “Məlum olduğu kimi Rəsul Cəfərovun da işini Ağır Cinayətlər Məhkəməsinə qaytarmışdılar. Görünən budur ki, vaxtı uzatmaq istəyirlər. Mən daha dəqiq məlumatı bu gün çalışacağam əldə edim.

 

İntiqam Əliyevin səhhəti ilə bağlı qeyd olunan problemlər də davam edir. Belə ki, belindəki ağrılar qalmaqdadır. Penitensiar xidmət həbsxanada müəyyən ağrıkəsizi iynələr vurur. Vəkil Cavad Cavadov ağrılarla bağlı rəmi sorğu yollamışdı, amma sorğuya cavab verilməyib”./

Google+ WhatsApp ok.ru