İŞİD “Cəbhət ən Nüsrə” qruplaşmasını liderini ğldürüb

Suriya-Livan sərhədində İŞİD terrorçuları “Cəbhət ən Nüsrə” terror qruplaşmasının düşərgəsinə hücum edərək ələ keçirib.
 
Maide.az xəbər verir ki, hücum nəticəsində 5 “Cəbhət ən Nüsrə” terrorçusu öldürülüb, 6-sı əsir götürülüb.
 
Ölənlər arasında “Cəbhət ən Nüsrə”nin liderlərindən biri Əbu-Mərayənin olduğu bildirilir.
 
Məlumata əsasən, terrorçular arasında döyüşlər Ərsal dağ rayonunda iki gündür ki, davam edir.
 
Qeyd edək ki, “Cəbhət ən Nüsrə” “Əl-Qaidə” terror şəbəkəsinin Suriya və Livandakı qolu sayılır.  

Google+ WhatsApp ok.ru