Dəyişən tikinti qaydaları nə vəd edir? – Video

Yeni qaydalara əsasən, yerli icra orqanları tikintiyə nəzarət edə bilməyəcək.
 
Maide.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə dəyişikliklər əsasən iki istiqamətdə aparılıb: icazə tələb olunan tikintilərlə bağlı qaydalar sərtləşdirlib, icazə tələb olumayanlarla bağlı isə asanlaşdırılıb.
 
Çoxmənzilli yaşayış binaları, yaxud ictimai binaların inşası üçün indiyə qədər mövcud olmuş 8 tələbə daha 3-ü əlavə olunub.
 
İcazə tələb olunmayan tikintilərlə, yəni əsasən fərdi evlərin inşası ilə bağlı şərtlər isə əksinə, asanlaşdırılıb. Dəyişikliyə görə, artıq yerli icra hakimiyyəti orqanlarının mərtəbələrin sayı, hündürlüyü və aşırımlarının uzunluğu ilə bağlı məhdudiyyətlər qoymaq kimi səlahiyyətləri olmayacaq.
 
Asanlaşdırılan tikinti qaydaları Bakı şəhərinin baş planına uyğun aparılacaq. xezerxeber/
 

Google+ WhatsApp ok.ru