Quran ayələri ilə şeir yazan rus şairi

Keçən əsrin ən görkəmli şairlərindən olan İvan Buninin yaradıcılığında İslam mövzusu əhəmiyyətli yerlərdən birini tutub. 1903-cü ilə aid "Kövsər" adlı şeiridir. Şerinin epiloqunda şair Qurandan ayə gətirərək : "Biz sənə Kövsəri göndərdik" -yazıb. Bütov bir gözəllik öz əksini aşağıdakı dördlükdə tapıb:
 
Orada axır, dumanlar arasında süzülür,
Çayların çayı, o billur rəngli Kövsər.
Bütün toprağa, nəsillərə, ölkələrə o deyir:
Səbr et, dua et və inan!
 
Növbəti şeri də 1903-cü ilə aiddir və "Əl-qədr gecəsi" adlanır. Yenə həmin şeirin epiloqunda Qurandan ayə gətirib: "Bu gecə mələklər səmadan enər."
Əl-Qədr gecəsi dağların sıldırmı ilə,
Hələ enir dalğalanır buludlar.
O nəhəng Taxtın qarşısında oxuyur o müəzzin
Axır tökülür o almaz kimi çaylar.
 
 
Bir başqa şeiri yenə İslam mövzusundadır. 1905-ci ilə aid bu şeir "Sirr" adlanır. Elə şeirin öz adı özü haqqında məlumat verir. Sanki bu şeirlə şair öz sirrini açıqlayır.
Allahın və Peyğəmbərin adı ilə:
Söylə nədir sənin sirrin?
Cavabında O söylədi:Sirrim mənim qorxuncdur
O sirlərin sirridir: Əlif, Lam, Mim.
 
Bütün bunlardan əlavə onun "Kəbənin qara daşı" "Allahın şeytanları" "Quş" "Qiyamət günü" və sairə İslam mövzulu şeirləri var. islaminsesi /

Google+ WhatsApp ok.ru