Dəhşətli qəza: maşın ikiyə bölündü - 4 ölü (video)

Dəhşətli qəza: maşın ikiyə bölündü - 4 ölü (video)

Balakən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib
 
Maide.Az Bizimyola istinadən xəbər verir ki, hadisə bu gün saat 05:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 147-ci kilometrliyində, Balakən rayonunun Qazma kəndi ərazisindən keçən hissəsində baş verib.
 
Hadisəyə səbəb kimi sürücünün “Pejo” markalı, 08 BF 305 dövlət nömrə nişanlı avtomobili yüksək sürətlə idarə etməsi göstərilib. Avtombilin ağaça çırpılması nəticəsində avtomobil bir-neçə hissəyə bölünüb. Nəqliyyat vasitəsində olan 4 nəfər isə həyatını itirib. Onlardan üçü hadisə yerində, biri isə xəstəxanada vəfat edib.

Google+ WhatsApp ok.ru