Dəmir yolu stansiyasında vaqonda yanğın olub, ölən var

Dəmir yolu stansiyasında vaqonda yanğın olub, ölən var

Bakının Qaradağ rayonunda Baş Ələt dəmir yolu stansiyası ərazisində yanğın baş verib.
 
Maide.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 29-da saat 19 radələrində qeydə alınıb. Baş Ələt dəmir yolu stansiyası ərazisində Ələt vaqon deposuna məxsus vaqonda yanğın baş verən yanğın nəticəsində vaqonun yanar konstruksiyaları yanıb. Yanğın söndürüldükdən sonra oranın baş mexaniki Yusif Ağamalıyevin tüstüdən boğulmuş meyiti tapılıb.
 
Faktla bağlı araşdırma aparılır. /

Google+ WhatsApp ok.ru