Dərbənddə `Biz terrorizmə qarşıyıq” mövzusunda seminar keçirilib - FOTO

Dərbənddə `Biz terrorizmə qarşıyıq” mövzusunda seminar keçirilib - FOTO

Dərbəndin İqtisad və Hüquq kollecində "Biz terrorizmə qarşıyıq” – mövzusunda seminar təşkil olunub. 

Maide.Az xəbər verir ki, Dərbənddə  ötən gün İqtisad və Hüquq Kollecində şəhər polisinin rəisi, müəllimlər, tələbələr və bəzi digər rəsmilərin iştirakı ilə “Biz terrorizmə qarşıyıq” mövzusunda seminar keçirilib. 
 
Seminarda Dərbənd "Came" məscidinin ruhanisi Hacı Eldar İbrahimov çıxış edib. 
 
O deyib ki, seminarın təşkilindən məqsəd tələbələri terrorizmin təhlükəsi ilə bağlı maarifləndirməkdir. 
 
Qeyd edək ki, seminarda gənclərin elmi səviyyəsinin artırılması, təkfirçi terrorçu qrupların mahiyyəti və gəncləri maraqlandıran digər məsələlər müzakirə olunub.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru