`Dəvə dəvədir, o da susuz dolanmır` - Şəki kəndlərinin içməli su problemi - VİDEO 25 May 2017 01:00 Ölkə Şəkinin Qaratorpaq və Sarıca kəndinin sakinləri içməyə su tapmır. “ARB Şəki” xəbər verir ki, dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, hələlik məsələ həllini tapmayıb. İmran Əhmədov (sakin): "Camaat məhləsində sudan çətinlik çəkir. Çaylardan lilli su gətirib, duruldub içirlər. Zülmlə dolanır camaat". Yaşaq Gülməmmədov (sakin): "Ac dolanarsan, amma susuz qala bilmərsən. Dəvə, dəvədir, o da susuz dolanmır. Bəs bu camaat nə etməlidir? Dağlarda var, ancaq maraqlanan yoxdur". Əhalisinin əsas məşğuliyyəti əkinçilik olan kəndlərdə meyvə-tərəvəz də susuzluq səbəbindən tez quruyur. Kəndlilərin zəhməti beləcə hədər getmiş olur. Kəndin əsas su təminatı Əlican çayından ödənilir. Heç bir gigiyenik yoxlamadan keçməyən, təmizlik işləri aparılmayan suya belə razı olan sakinlərin problemini pul da həll etmir. Yollarının bərbad olması su maşınlarının işini çətinləşdirir. Nəzərə alsaq ki, hələ qızmar yay qarşıdadır, yəqinki vəziyyətin necə olacağını düşünmək o qədər də çətin deyil. Teqlər : #`Dəvə dəvədir,#o da susuz dolanmır` Şəki kəndlərinin içməli su problemi VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sürücü görə-görə, yol polisi maşını evakuasiya edəı bilməz - YENİ QAYDALAR Aclıq aksiyası keçirən 60 fələstinli xəstəxanaya yerləşdirilib