Dəhşətli virusu dünyaya bu ölkələr yayıb

Dəhşətli virusu dünyaya bu ölkələr yayıb

Mütəxəssislər hesab edir ki, bir müddət əvvəl komputerlərə düşən “Vannakray” virusu Çinin cənub regionlarından, Honq-Konqdan, Tayvandan və Sinqapurdan olan hakerlər tərəfindən yaradılıb.
 
Axar.az xəbər verir ki, bu barədə “Souz Çina Morninq Post” qəzetində yayımlanan məqalədə bildirilib.
 
“Ekspertlərin analizi göstərdi ki, proqram çin dilininin cənub dialektində yazılıb. Belə ki, komputerlərin monitorlarında göstərilən zərərli informasiya əvvəl çin dilində proqramlaşdırılıb, sonradan isə ingiliscəyə çevrilib.
 
Bundan sonra mətnin 26 dildə yayımlandığı məlum olub”, - xəbərdə bildirilib.
 
Xatırladaq ki, mayın 14-də dünyanın 74 ölkəsi kiberhücuma məruz qalıb. FTB-nin məlumatına görə isə dünyanın 150 ölkəsindən 200.000 kompüter ziyan çəkib.
 

Google+ WhatsApp ok.ru