Dəhşətli qəzada 20 nəfər öldü - Qahirədə

Dəhşətli qəzada 20 nəfər öldü - Qahirədə

-- hər il Misirdə yol qəzasında 12 mindən çox adam ölür

Dünən axşam Qahirədən cənubdakı yolda baş verən dəhşətli qəzada 20 nəfər həlak olub.
 
Maide.Az "Sputnik"- ə istinadla xəbər verir ki, hadisə Misirin Soxaq və Asyut şəhərlərini birləşdirən yolda olub.
 
KİV xəbər verir ki, sərnişin daşıyan avtobus və yük maşını toqquşub. Qəzaya avtomobillərin sürücülərinin sürət həddin riayət etməmələri və yol qaydalarını pozmaları səbəb olub.
 
Misir yol infrastrukturunun pis vəziyyətdə olması ilə məşhurdur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il Misirdə yol qəzasında 12 mindən çox adam ölür.

Google+ WhatsApp ok.ru