Daha bir dövlət Fələstinin dövlət müstəqilliyini tanıyıb

Daha bir dövlət Fələstinin dövlət müstəqilliyini tanıyıb

Kolumbiya hökuməti Fələstinin dövlət müstəqilliyini tanımaqla bağlı qərar qəbul edib.
 
Maide.Az "Felestin.info"a istinadən xəbər verir ki, bir neçə gün öncə səlahiyyət müddəti bitmiş hökumətin rəhbəri Xuan Manuel Santosun Fələstinin suverenliyinin tanınması ilə bağlı məktubu üzə çıxıb. Məktub 3 avqust tarixinə aid olsa da, Kolumbiya Xarici İşlər Nazirliyi sənədi dünən üzə çıxarıb.
 
Fələstinin XİN rəhbəri Riyad əl-Malikiyə ünvanlanmış məktubda deyilir: "Mən Kolumbiya hökuməti adından Sizi məlumatlandırıram ki, Prezident Xuan Manuel Santos Fələstini azad, müstəqil və suveren dövlət kimi tanımaq barədə qərar qəbul edir". Məktubda, həmçinin Fələstin xalqının müstəqil dövlət qurmaq hüququ da vurğulanır.
 
Bildirək ki, Xuan Santosdan sonra hakimiyyətə Prezident İvan Duqu gəlib. Yeni Kolumbiya hökuməti bəyan edib ki, əvvəlki hökumətin bu qərarı diqqətlə incələnəcək və nəticələri təhlil olunacaq. Hazırki XİN rəhbəri Karlos Holms Kolumbiya hökumətinin beynəlxalq hüquqa uyğun davranacağını da qeyd edib.
 
Qeyd edək ki, hazırda dünyanın 136 ölkəsi Fələstini müstəqil dövlət kimi tanıyır.
 

Google+ WhatsApp ok.ru