Daha bir dövlət Fələstinin dövlət müstəqilliyini tanıyıb 09 Avqust 2018 01:00 Fələstin Kolumbiya hökuməti Fələstinin dövlət müstəqilliyini tanımaqla bağlı qərar qəbul edib. Maide.Az "Felestin.info"a istinadən xəbər verir ki, bir neçə gün öncə səlahiyyət müddəti bitmiş hökumətin rəhbəri Xuan Manuel Santosun Fələstinin suverenliyinin tanınması ilə bağlı məktubu üzə çıxıb. Məktub 3 avqust tarixinə aid olsa da, Kolumbiya Xarici İşlər Nazirliyi sənədi dünən üzə çıxarıb. Fələstinin XİN rəhbəri Riyad əl-Malikiyə ünvanlanmış məktubda deyilir: "Mən Kolumbiya hökuməti adından Sizi məlumatlandırıram ki, Prezident Xuan Manuel Santos Fələstini azad, müstəqil və suveren dövlət kimi tanımaq barədə qərar qəbul edir". Məktubda, həmçinin Fələstin xalqının müstəqil dövlət qurmaq hüququ da vurğulanır. Bildirək ki, Xuan Santosdan sonra hakimiyyətə Prezident İvan Duqu gəlib. Yeni Kolumbiya hökuməti bəyan edib ki, əvvəlki hökumətin bu qərarı diqqətlə incələnəcək və nəticələri təhlil olunacaq. Hazırki XİN rəhbəri Karlos Holms Kolumbiya hökumətinin beynəlxalq hüquqa uyğun davranacağını da qeyd edib. Qeyd edək ki, hazırda dünyanın 136 ölkəsi Fələstini müstəqil dövlət kimi tanıyır. Teqlər : #Daha bir dövlət Fələstinin dövlət müstəqilliyini tanıyıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail Qəzzanı havadan və qurudan bombaladı: ölən və yaralanan var İsrail rejiminin qırıcıları Qəzzanı vurdu: 3 fələstinli şəhid oldu
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar