Daha bir fələstinli gənc şəhid olub 19 Sentyabr 2016 01:00 Fələstin Ötən gün Qüdsdə fələstinli bir gənc işğalçı İsrail rejim əsgərləri tərəfindən güllənərək şəhid olunub. Maide.Az Ria Novostiya istinadən xəbər verir ki, İsrail mətbuatı iddia edir ki, bu gənc işğalçı rejimin iki polisini bıçaqlayıb. "Bıçaqla silahlanmış fələstinli gənc Qüdsün tarixi mərkəzində İsrail rejiminin iki polisinin yaralayıb. Polis atəş açaraq fələstinli gənci öldürüb. Bu barədə hüquq mühafizə orqanları məlumat yayıb." Qeyd edək ki, İsrail polisinin əl-Əqsa məscidinə intensiv basqını, işğal edilmiş ərazilərdə qanunsuz qəsəbələrin salınmasının davam etdirilməsi, fələstinli gənclərin intensiv həbsləri oktyabr ayında üçüncü “İntifada” hərəkatının başlanmasına səbəb olub. İşğalçı qüvvələr iddia edir ki, fələstinlilər bıçaqla və maşınlarla İsrail vətəndaşlarına hücuma keçiblər. İşğalçı rejim mətbuatının məlumatına görə, işğalçı rejim və fələstinlilər arasında baş vermiş insidentlər nəticəsində indiyədək 40 israilli öldürülüb. Teqlər : #Daha bir fələstinli gənc şəhid olub , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məscid əl-Əqsa bu gün FOTOLARDA Fələstinin bu şəhəri sənətkarlıq üzrə beynəlxalq mərkəz seçildi - FOTO
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar