Daha bir yaşayış məntəqəsi separatçılardan təmizləndi

Ukrayna ordusu daha bir yaşayış məntəqəsi üzərində nəzarəti bərpa edib.

 
“RBK-Ukrayna” xəbər agentliyi yerli sakinlərə istinadən Luqansk şəhərindən 25 kilometr şimal-şərqdə yerləşən Luqansk kəndinin separatçılardan geri alındığını bildirib.
 
Kəndi tərk edən separatçılar Zmennoy dağı yaxınlığında mövqe tutmağa çalışır. Yerli sakinlərin məlumatına görə, separatçılar beton lövhələrdən müdafiə qurur.
 
Ukrayna antiterror qərargahından isə informasiya hələlik təsdiqlənməyib.

Google+ WhatsApp ok.ru