Danimarkada müsəlmanlara aid qəbirlər dağıdıldı

Danimarkada müsəlmanlara aid qəbirlər dağıdıldı

Danimarkanın paytaxtı Kopenhagendə bir qəbiristanlıqda müsəlmanlara aid bəzi məzarlar dağıdılıb.
 
Kopenhagendəki Vestre qəbiristanlığında fevralın 27-də anasının məzarına baş çəkən Rusi Rəşid adlı jurnalist, dağıdılan qəbirlərin daşlarının fotolarını sosial şəbəkədə paylaşıb.
 
Müsəlmanlara aid 10-a yaxın qəbir daşının söküldüyü və sındırıldığı hücumu Pakistan əsilli bir jurnalistin xəbər verməsilə aşkarlanıb. Polisə məlumat versə də, dağıdılan qəbirlərin yaxınlarının olmaması səbəbilə hadisənin diqqətə alınmadığını bildirən Rəşid, bunu sosial səşbəkədə paylaşmağa qərar verib. Bundan sonra bir polisin ona zəng edərək, təşkilatın səhvini qəbul etdiyini söylədiyini deyib.
 
Rəşidin hadisəni paylaşmasından sonra sosial şəbəkədə sürətlə yayılan hadisə Danimarka mətbuatında da əks olunub. Polis hadisə səbəbilə istintaqın başladığını xəbər verib. (deyerler) /
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru