`Danışıqlara baxmayaraq, raket istehsalını artırmışıq`

Maide.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, İranın müdafiə naziri, briqada generalı Hüseyn Dehqan açıqlamasında raket istehsalını artıracaqlarını bildirib. O bildirib ki, Qərb dövlətləri ilə aparılan danışıqlara baxmayaraq, İran raket layihələndirilməsi, istehsalı və sınaqdan çıxarılmasını dayandırmayıb, əksinə, onların istehsalı artırılıb: "Hərbi texnika və silahın daima yenilənməsi və təkmilləşdirilməsi İranın düşmənlərdən müdafiənin təmin olunmasına yönəlmiş hərbi proqrmı üçün gündəliyin birinci sətirlərində yer alır."

Google+ WhatsApp ok.ru