Daxili Qoşunların Bərdədəki “N” saylı hərbi hissəsində xidməti müşavirə keçirilib

Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov Qoşunların Bərdə rayonundakı “N” saylı hərbi hissəsində olub.
Daxili Qoşunların mətbuat xidmətindən Maide.az-a bildiriblər ki, qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinin vəziyyətinin yoxlanılması məqsədi daşıyan səfər çərçivəsində Ş.Məmmədov hərbi hissənin döyüş hazırlığını, təlim-tədrisin vəziyyətini yoxlayıb, şəxsi heyətin kazarma-məişət şəraiti və təminat-təchizatı ilə maraqlanıb.
Hərbi hissənin komandiri məruzə edərək şəxsi heyətin döyüş qabiliyyətinin və mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə olduğunu bildirib.

Google+ WhatsApp ok.ru