İŞİD bir tayfanın 322 nümayəndəsini öldürdü

Maide.az xəbər verir ki, İraqın Əl-Ənbar vilayətində yaşayan Əbu Nimr tayfasının 300-dən çox nümayəndəsi İŞİD terrorçuları tərəfindən öldürülüb.
 
Bu haqda İraq İnsan Hüquqları Nazirliyi bildirir.
 
"Əbu Nimr tayfasının İŞİD tərəfindən öldürülən nümayəndələrinin sayı 322 nəfərdir. 50 qadın və uşaq cəsədi quyuya atılıb",- deyə nazirliyin bəyanatında bildirilir.
 
Qeyd edək ki, Əbu Nimr tayfası bir neçə ay ərzində İŞİD-ə şiddətli müqavimət göstərirdi, lakin terrorçular kəndə lap yaxın olduqları anda onlar silah, ərzaq və yanacaq çatışmazlığı duymağa başladılar. Tayfa nümayəndələrindən birinin sözlərinə görə, ölkənin hökumət və silahlı qüvvələrindən dəfələrlə yardım istəmələrinə baxmayaraq, heç bir hərəkət müşahidə olunmadı.
 
Yerli mətbuatın bildirdiyinə əsasən, İraqın baş naziri Heydər Əl-Əbadi bazar günü, terrorçuların oktyabrda ələ keçirdikləri Hit şəhərinin yaxınlığındakı İŞİD mövqelərinə aviazərbə endirmək əmri verib, lakin nə Əl-Ənbar  komandanlığının nümayəndələri, nə dinc sakinlər aviazərbələrin endirilmə faktını təsdiqləməyib.

Google+ WhatsApp ok.ru