İŞİD daha bir tarixin məhvinə başladı

Mosuldakı tarixi heykəlləri çəkiclə sındırıb parçalayan İŞİD şəhərin rəmzlərindən olan 3 min illik Süryani antik şəhəri Nimrudu da buldozerlərlə dağıtmağa başladı.
 
Maide.az xəbər verir ki, "Əl-Cəzirə"yə danışan Mosul mənbələri İŞİD üzvlərinin dünən günortadan sonra Mosulun 20 kilometr cənub-şərqində yerləşən Assuriya dövründən qalma 3 min illik antik tədris korpusunu buldozerlə dağıtmağa başladığını söyləyib.
 
1980-ci illərin sonunda İraqlı arxeoloqlar Nimrudun altındakı qəbirlərdə qızıl və ləl-cəvahirat tapmışdı. Bu qazıntıda tapılan qızıl və zinətlər tarixdə bir qazıntıda tapılan ən böyük xəzinə idi.
 
Nimrudda qanadlı öküz fiqurları "lamaşsu" kimi tanınan heykəllər var. Mesopotamiyadakı Süryani şəhəri Nimrud, Kalah və Kalhu kimi də tanınır. Antik korpus 1800-ci illərin ortasındakı antik qazıntılarda ortaya çıxarılmışdı.

Google+ WhatsApp ok.ru