Deir al-Zor şəhəri terrorçulardan təmizləndi

Deir al-Zor şəhəri terrorçulardan təmizləndi

-- Bu şəhər Suriyanın əsas neft çıxarılan vilayətinin paytaxtıdır

Suriya ordusu və müttəfiq qüvvələrin ölkənin şərqindəki ən böyük və vacib Deir al-Zor şəhərini İŞİD terror qruplaşmasından aldığı bildirilir.
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən bildirir ki, məlumatı noyabrın 2-də Suriya İnsan Haqları təşkilatı yayıb.
 
Londonda mənzillənən qurumun məlumatına görə, Suriya qüvvələri hələ də şəhərin bəzi hissələrini İŞİD terrorçularından təmizləməkdədir.
 
Qeyd edək ki, Suriya ordusu şəhərin alınması əməliyyatlarına sentyabrda başlayıb. 
 
2014-cü ildən İŞİD terrorçuları şəhərin böyük hissəsinə nəzarət edib.
 
Bu şəhər Suriyanın əsas neft çıxarılan vilayətinin paytaxtıdır, Fərat çayı sahillərində yerləşir. İraqla sərhəddə olması və neftə görə İŞİD üçün strateji əhəmiyyət daşıyırdı.
 
Prezident Bəşşar Əsəd ölkənin şərq hissəsinə nəzarəti gücləndirir. Ordu son aylar şərqə doğru irəliləyir, vilayətin neft və qaz yataqlarının çoxunu ələ keçirib.
 

Google+ WhatsApp ok.ru