De Mistura: `Suriya müxalifəti anlamalıdır ki, müharibəni uduzub`

De Mistura: `Suriya müxalifəti anlamalıdır ki, müharibəni uduzub`

Suriya müxalifəti anlamalıdır ki, Bəşər Əsəd hökumətinə qarşı  müharibədə məğlub olub. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə BMT Baş Katibinin Suriya üzrə  xüsusi nümayəndəsi  Staffan de Mistura bəyan edib. 
 
O, «mülayim» müxalifətə reallıqla barışmağa çağırıb.
 
Xatırladaq ki,  ABŞ-ın  Suriyadakı sonuncu səfiri Robert Ford da bir müddət əvvəl Suriya prezidentinin qələbəsinin regionun alışmalı olduğu hal olduğunu demişdi.
 
«Bu alışmalı olduğumuz yeni reallıqdır  və biz heç nə edə bilmərik», - deyə o, vurğulayıb.
 
Ford əlavə edib: «Keçmişdə Azad Suriya Ordusu ünsürlərini dəstəkləyən  xarici hökumətlər  Suriya Demokratik Qüvvələrinin  İŞİD-ə qarşı hərbi müşavirlərə pul və silah göndərməyə hazır olmadıqca Əsədi və onun müttəfiqlərini  məğlub etmək  imkansız olacaq. Və xarici hökumətlər bunu etsələr belə, ehtimal ki, Əsəd üzərinə qələbə əvəzinə, ancaq dalana dirənmiş uzunmüddətli müharibə əldə edəcəklər».
 
Sabiq diplomatın sözlərinə görə, müharibə tədricən bitmək üzrədir: «Suriya prezidenti Bəşər Əsəd qələbə çalıb və o, hakimiyyətdə qalacaq».
 

Google+ WhatsApp ok.ru