Demokratiyadan dəm vuran almanlar İslama qarşı ayağa qalxdılar – FOTO

Almaniyanın Drezden şəhərində 18 minə yaxın insan Qərbin islamlaşmasına qarşı etiraz aksiyasında iştirak ediblər.
 
Maide.az xəbər verir ki, “Avropalılar-vətənpərvərlər Qərbin islamlaşmasına qarşı” (PEGİDA) hərəkatının tərəfdarları miqrasiya qanunlarının sərtləşdirilməsi və ölkəyə qaçqın axınının məhdudlaşdırılması tələbi ilə nümayişə çıxıblar.
 
Mitinqlər Drezdenlə paralel olaraq, Berlin, Münster, Hamburq və Ştutqartda keçirilib.
 
Ümumilikdə etiraz aksiyalarında 22 minə yaxın insan iştirak edib.
 
Bazar ertəsi Noyşterlits şəhərində (Almaniyanın şərqində) ölkənin kansleri Angela Merkel bəyan edib ki, Almaniyada “sağ ekstremistlər, əcnəbilər və yəhudilərə qarşı düşmənçiliyə” yer yoxdur.
 
O, öz yeni il müraciətində həmçinin İslama qarşı etirazlardan qaçmağa səsləyərək, bu aksiya iştirakçılarının “ürəklərində nifrət” olduğunu bəyan edib.
 

Google+ WhatsApp ok.ru