Dil və eşitmə qüsuru olan əlillər üçün ilk islami lüğət hazırlanıb

Dil və eşitmə qüsuru olan əlillər üçün ilk islami lüğət hazırlanıb

İmam Hüseynin (ə) hərəminin dəstəyi ilə dil və eşitmə qüsuru olan əlillər üçün ilk islami lüğət hazırlanıb. 
 
Maide.Az xəbər verir ki, lüğət dil və eşitmə qüsuru olan əlillər üçün işarə dilində və iraqlı mütəxəssislər tərəfindən hazırlanıb.
 
Lüğətdə müxtəlif müsəlman ölkələrində bir müsəlmanın gündəlik danışığı zamanı birbaşa və ya dolayısı ilə istifadə etdiyi islami sözlər yer alıb. 
 
Lüğətdə Quran, hədislər, dualar və Əhli-beytin (ə) sirə və bəyanatlarında istifadə etdiyi dini terminlər də yer alıb.
 
Ötən gün işarə dili ilə hazırlanmış lüğətin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində İmam Hüseynin (ə) hərəminin məsul işçiləri və digər iraqlı rəsmilər iştirak edib. /
 
رونمایی از نخستین فرهنگ لغت اسلامی به زبان اشاره در عراق

Google+ WhatsApp ok.ru