Din azadlığı hesabatında Azərbaycana nə qiymət verilir?

Din azadlığı hesabatında Azərbaycana nə qiymət verilir?

-- Sənəddə qeyd olunur ki...

ABŞ Dövlət Departamenti 2017-ci il üzrə beynəlxalq din azadlığı hesabatı yayıb.
 
Maide.Az bildirir ki, Azadliq.org-un məlumatına görə, hesabatın Azərbaycana aid hissəsində yerli insan haqları qruplarına istinadla deyilir ki, hökumət 2017-ci ildə də dini fəallara qarşı fiziki zorakılığa və həbslərə əl atıb. Həbs olunmuş dindarların sayı 80 nəfər göstərilir.
 
Hesabatda yerli din ekspertlərinə istinadla bildirilir ki, hökumət bir sıra məscidlərin təmir adı ilə bağlanması praktikasını davam etdirib, həmçinin dini ədəbiyyatın idxalı, yayımı və satışı üzərində nəzarəti daha da gücləndirib, məhkəmələr bir sıra şəxsləri dini ədəbiyyat və materialların icazəsiz satışına görə cərimələyib.
 
Sənəddə qeyd olunur ki, Azərbaycan cəmiyyəti ənənəvi dini azlıqlara – pravoslavlara, katoliklərə və yəhudilərə münasibətdə dözümlüdür, lakin eyni sözləri qeyri-ənənəvi dini azlıqlara münasibət barədə demək olmaz.
 
O da bildirilir ki, din azadlığı və dinlərarası münasibətlər barədə ictimai müzakirələr məhduddur.
  
Sənəddə qeyd olunur ki, bir sıra dini icmalar Azərbaycanda qeydiyyatdan keçməyin son dərəcə çətin proses olmasından şikayətlənir.
 

Google+ WhatsApp ok.ru