`İŞİD`in daha bir komandiri məhv edildi

Suriyada Kubani rayonuna hücum zamanı “İŞİD”in Kuveyt əsilli komandiri kürd döyüşçüləri tərəfindən öldürülüb.

“İŞİD”in kuveytli komandirlərindən biri Suriyanın şimalında kürd özünümüdafiə qüvvələrilə döyüşdə öldürülüb.

İnterAz-ın verdiyi xəbərə görə, bu barədə Kuveytin “əl-Rai” qəzeti məlumat yayıb.

Xalid əl-Ənzi Eyn əl-Ərəb (Kubani) rayonu uğrunda döyüşlərdə PKK döyüşçüləri tərəfindən məhv edilib.

Məlumat üçün bildirək ki, Xalid əl-Ənzi hələ 2011-ci illərdə Suriyada silahlı münaqişə başlayanda “ən-Nusra” terror cəbhəsi sıralarında döyüşlərə qoşulub. Sonradan bu qruplaşmanı tərk edərək “İslam dövləti” (İŞİD) terror təşkilatına qoşulub.

Qeyd edək ki, əl-Ənzi əsir götürülmüş kürd döyüşçüsünün başını kəsərkən çəkilən video görüntülərdən sonra məşhurlaşmışdı.  interaztv /


 

Google+ WhatsApp ok.ru