İranda `Xəzər dənizi balıqları` poçt markası çap olunub 29 Sentyabr 2014 01:00 Xəbərlər İranda ilk dəfə olaraq “Xəzər dənizi balıqları” poçt markası çap olunub. Bu barədə Trend İranın İRNA agentliyinə istinadən məlumat verir. Məlumata əsasən, poçt markasının üzərində Xəzərin beş növ balığının şəkili təsvir olunub. Bu balıqlar İran nərəsi (Acipenser persicus), kütüm (Rutilus frisii kutum), çəki (Cyprinus carpio), çapaq (Abramis brama) və qızılbalıqdır. "Xəzər dənizi balıqları" poçt markasını İranın Balıqçılıq Təşkilatı və Poçt Şirkəti birgə hazırlayıb. Markaların həm ölkə daxilində, həm də xaricdə satışı nəzərdə tutulub. / Teqlər : #İranda `Xəzər dənizi balıqları` poçt markası çap olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AİP Qadınlar Şurası elmi-praktik konfrans keçirdi - FOTO `İŞİD`in daha bir komandiri məhv edildi