`Dini təhqir edən nəşrlərin azadlığı dəstəklənə bilməz`

Rusiya Federasiyasının keçmiş baş naziri Yevgeni Primakov, "Mətbuat azadlığı olmalıdır, ancaq hansı şəkildə olursa olsun, dini inancları təhqir edən nəşrlərin azadlığı dəstəklənə bilməz", - deyib.
 
Maide.az xəbər verir ki, Primakov, Həzrəti Məhəmmədin karikaturasının çəkilməsini düzgün hesab etmədiyini, dəstəkləmədiyini və belə əməllərdən uzaq durmağın vacibliyini söyləyib. 
 
Rusiyanın paytaxtı Moskvada Ticarət və Sənaye Palatasında keçirilən iclasda məruzəçi kimi iştirak edən Primakov, Fransada "Çarli Hebdo" jurnala edilən hücumdan fərqli dərslər çıxarılması lazım olduğunu deyib.
 
Mətbuat azadlığının karikatura üzərindən müdafiə edilməsinin səhv olduğunu qeyd edən Primakov, "Məsələn, Həzrəti Məhəmməd barədə çəkilən karikatura müsəlmanların hisslərini incidir. Rusofobiya irqçilik və antisemitizmə qarşı mübarizə ciddi əhəmiyyət daşıyır, ancaq bu mərhələdə müsəlmanların dini dəyərlərini hədəfə alanlara qarşı da ciddi mübarizəyə başlamaq lazımdır", - deyə bildirib.

Google+ WhatsApp ok.ru