Diqqət: Bu küçələr 6 günlük bağlanır – XƏRİTƏ

Bakıda daha üç yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
 
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Maide.az-a verilən məlumata görə, asfalt örtüyünün yenilənməsi məqsədilə bayram günlərində (22-28 mart) Mehdi Hüseyn, Şeyx Şamil və Bünyad Sərdarov küçələrində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
 
Sürücülərə alternativ olaraq Teymur Elçin küçəsindən istifadə etmələri tövsiyə olunur.

Google+ WhatsApp ok.ru