Hacı İlqar İbrahimoğlu: `Hacı Ceyhun Cəfərovla bağlı ittihamlar onu tanıyan hər kəs üçün yalnız təəccüb və təəssüf doğurur`

DEVAMM sədri, İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu Hacı Ceyhun Cəfərovun həbsinə münasibət bildirib. Hacı İlqarın Facebook səhifəsində paylaşdığı statusda deyilir:
 
"Əziz dostlar! Bildiyiniz kimi, anamın müalicəsi ilə əlaqədar Bakıda deyiləm. Ruhani Hacı Ceyhun Cəfərovun həbs olunma xəbərini oxudum. Çox təəccübləndim. Bütün fəaliyyəti ilə mötədil yol tutmuş, ölkədə İslami ədəbiyyatın keyfiyyətli tərcümə etmə sahəsinin avanqardında getmiş, təkfirçiliyə qarşı mübarizədə ciddi maarifçilik işləri görmüş bir ruhanidir. Onunla bağlı səslənən ittihamlar onu tanıyan hər kəs üçün yalnız təəccüb və təəssüf doğurur.
 
Uca Allahdan xüsusi inayətlərini nəsib etməsini diləyirəm".deyerler /

Google+ WhatsApp ok.ru