Diqqət!- Bu gün Bakıda içməli su problemi olacaq

Bu gün Bakı şəhərində içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
 
“Azərsu”nun mətbuat xidmətindən Maide.Az-a verilən xəbərə görə, yeni tikilən +54 “Ramana” su anbarına birləşmənin verilməsi ilə əlaqədar saat 15:00-dan etibarən gün ərzində Bülbülə, Əmircan və Bakıxanov qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir. /

Google+ WhatsApp ok.ru